Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Sosial / Bütün bunlar unikal hadisələrdir – Deputat

Bütün bunlar unikal hadisələrdir – Deputat

Getdikcə dünya Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişafın yeni mərhələsindədir.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

Onun sözlərinə görə, sosial-iqtisadi durum yaxşılaşdıqca, Azərbaycanın dünyaya təqdim edə biləcəyi daha çox məqamlar ortaya çıxır: “Bu, hər şeydən əvvəl iqtisadiyyatdır, həmçinin, ölkədə ictimai-siyasi sabitlik hökm sürür”.

Məlahət İbrahimqızı bildirib ki, əgər sabitlik təmin edilibsə, cəmiyyətdə konsensus varsa, xaricdən gəlib ölkəmizdə işləməyə, sərmayə yatırmağa çəkinmirlər. Ölkəyə qoyulan sərmayələr ildən ilə artmaqdadır: “Artıq ölkəmiz nəinki neftini, iqisadiyyatını, eyni zamanda, mədəniyyətini də dünyaya təqdim edə bilir.
Zaman keçdikcə Azərbaycan daha geniş spektrdə dünya siyasətinə nüfuz edə bilir və özünün maddi və mənəvi sərvətlərini təqdim edir. Hazırda daha çox mədəni, elmi, ictimai nailiyyətlərimizi dünyaya tanıdırıq.

Xüsusilə Avropa ölkələrində, Parisdə, Londonda və sair yerlərdə saysız-hesabsız mədəniyyət tədbirləri keçirilir. Yəni indiki mərhələdə Azərbaycanın beynəlxalq müstəvidə tanınma amilləri genişləndirilir.

Hazırda daha çox mədəni sərvətlərimizlə tanınırıq. Bütün bunlar paralel baş verdiyi üçün inkişafımız özünəməxsus tərzdə baş verir. Hamı qəbul edir ki, Azərbaycan dünyada ən tolerant ölkədir. Dünyada yeganə ölkədir ki, Azərbaycanda hər hansı konfessiyaya aid olan dini bayramın qeyd olunması zamanı bütün konfessiyaların rəhbərləri birgə təbrik edir və mərasimlərdə iştirak edirlər. Yəni bütün bunlar çox unikal hadisələrdir”.

Həmçinin oxuyun

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi

Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) ilə 1 milyon 996 min 500 …

Bir cavab yazın