Cümə , Avqust 23 2019
Ana səhifə / Sosial / “Burada olmaqdan çox xoşbəxtəm” – Mehriban Əliyeva

“Burada olmaqdan çox xoşbəxtəm” – Mehriban Əliyeva

Bu gün İsveçrənin Lozanna şəhərində Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Azinforum.az-ın məlumatına görə, iclasda “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin rəhbəri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya Avropada idmanın inkişafında göstərdiyi xüsusi xidmətlərə görə Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin qərarı ilə Avropa Olimpiya Komitələrinin ən yüksək mükafatı olan Ali Orden təqdim edilib.

Mehriban Əliyeva mərasimdə çıxış edib:

“Avropa Olimpiya Komitəsinin prezidenti, hörmətli cənab Patrik Hikki. Cənab Miro. Avropa Olimpiya ailəsinin hörmətli üzvləri, xanımlar və cənablar, əziz dostlar. İlk növbədə, burada bu cür səmimi qarşılanmaya görə sizə öz təşəkkürümü bildirmək istərdim. Cənab prezident, bu cür xoş təqdimata görə sizə təşəkkür edirəm. Mən burada olmaqdan çox xoşbəxtəm. Sizin hamınızı bir daha görməkdən məmnunam. Məni bu görüşə dəvət etdiyinizə görə təşəkkür edirəm. Mən Azərbaycandakı bütün dostlarınızdan sizə atəşli salamlar gətirmişəm. Xidmətlərə görə Avropa Olimpiya Komitəsinin belə yüksək mükafatını qəbul etmək mənim üçün böyük şərəf və qürurdur. Mən çox xoşbəxtəm ki, bu mükafat mənə birinci Avropa Oyunlarının uğuru münasibətilə verilib. Cənab prezident, icazə verin mən bütün “Bakı-2015” komandasının adından bu mükafatı qəbul edim.

Cənab prezident, mən sizə oyunların uğurla keçirilməsinə verdiyiniz əhəmiyyətli töhfəyə görə təşəkkürümü bildirmək istərdim. Sizin əminliyiniz və sonsuz dəstəyiniz Avropa idman tarixində ilk Avropa Oyunlarını keçirmək barədə qərarın qəbul edilməsi üçün əsas oldu. Əslində bu cür Oyunların keçirilməsi ideyası cənab Patrik Hikkiyə məxsusdur. Biz ölkəmizə göstərdiyiniz etimada, köməyinizə və güclü dəstəyinizə görə sizə minnətdarıq. Bizim yanımızda olduğunuza görə təşəkkür edirik. Bu gün bütün idman ictimaiyyəti və bütün Azərbaycan xalqı sizi ölkəmizin yaxşı dostu hesab edir.

Mən, həmçinin ölkəmizdə Olimpiya Hərəkatına göstərdiyi daimi diqqətə görə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti cənab Tomas Baxa təşəkkürümü bildirirəm. Onun birinci Avropa Oyunlarının açılışında şəxsən iştirak etməsi Azərbaycanda yüksək qiymətləndirilir. Mən bir daha Oyunlara hazırlıq və təşkili prosesində verdiyi böyük dəstəyə, tövsiyələrə və tərəfdaşlığa görə Avropa Olimpiya Komitəsinin bütün üzvlərinə və Əlaqələndirmə Komissiyasının sədri, bizim yaxın dostumuz Spiros Kapralosa təşəkkürümü bildirmək istərdim”.

Birinci xanım bildirib ki, bu gün Azərbaycan dünyada qlobal multikulturalizm mərkəzlərindən biri kimi tanınır:

“Bu gün biz ənənələri qorumaq və gücləndirmək üçün əlimizdən gələni edirik. Bu il biz BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna ev sahibliyi edəcəyik. 2017-ci ildə paytaxtımızda IV İslam Həmrəylik Oyunları keçiriləcək. Beləliklə, Bakı iki il ərzində 100-dən artıq ölkəni bir araya gətirən Avropa və İslam Oyunlarına ev sahibliyi etmiş şəhər olacaq. Bu, bizim beynəlxalq münasibətlərin, qarşılıqlı hörmət və anlaşmanın, tolerantlığın gücləndirilməsinə töhfəmizdir. Mən fürsətdən istifadə edərək sizin hamınızı ölkəmizə səfərə və bu mühüm tədbirlərdə iştiraka dəvət etmək istərdim.

Əziz dostlar, sonda mən bir daha fəaliyyətimə verdiyiniz yüksək qiymətə, səmimi qarşılanmaya görə sizin hamınıza təşəkkür etmək istərdim. Mən burada olmaqdan çox xoşbəxtəm. Bu, mənim buraya ilk səfərimdir. Ümidvaram ki, görüşlərimiz maraqlı və məhsuldar keçəcək. Mən yeni ildə sizə və ailələrinizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar arzulamaq istərdim. Bir daha təşəkkür edirəm”.

“Burada olmaqdan çox xoşbəxtəm” -  Mehriban Əliyeva+Foto
“Burada olmaqdan çox xoşbəxtəm” -  Mehriban Əliyeva+Foto
“Burada olmaqdan çox xoşbəxtəm” -  Mehriban Əliyeva+Foto
“Burada olmaqdan çox xoşbəxtəm” -  Mehriban Əliyeva+Foto
“Burada olmaqdan çox xoşbəxtəm” -  Mehriban Əliyeva+Foto
“Burada olmaqdan çox xoşbəxtəm” -  Mehriban Əliyeva+Foto
“Burada olmaqdan çox xoşbəxtəm” -  Mehriban Əliyeva+Foto
“Burada olmaqdan çox xoşbəxtəm” -  Mehriban Əliyeva+Foto
“Burada olmaqdan çox xoşbəxtəm” -  Mehriban Əliyeva+Foto

Həmçinin oxuyun

Çörəyimizə daha yağ sürtmürük – kərə yağı yeyənlər 28 faiz azalıb ₽

Azərbaycanda kərə yağının istehlakı kəskin şəkildə azalıb. Dövlət Statistika Komitəsinin açıqladığı ərzaq balansından aydın olur …

Bir cavab yazın