Şənbə , Avqust 20 2022
Ana səhifə / Sosial / Bunu etməyənlər 20 gündən bir 50 manatcərimələnəcək

Bunu etməyənlər 20 gündən bir 50 manatcərimələnəcək

Daşınmaz əmlakını sığorta etdirmək istəməyən şəxs buna görə nəzərdə tutulan cəriməni, yəni 50 AZN-i ödəməklə məsuliyyətdən yayına bilməyəcək.

Hər 20 gündən bir bu barədə protokol tərtib ediləcək və şəxs 50 manat cərimələnəcək. Buna görə də hər 20 gündən bir cərimə ödəməkdənsə, həmin 50 manatı bir dəfə verib daşınmaz əmlakı sığorta etdirmək daha məqbuldur.

Gundem.az xəbər verir ki, bunu İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov deyib. O bildirib ki, yaşayış sahələrinin icbari sığortası ilə müqayisədə qeyri-yaşayış sahələrinin icbari sığortası sahəsində vəziyyət daha yaxşıdır.

Bu sektorda Fövqəladə Hallar Nazirliyinin məqsədyönlü işi nəticəsində obyektlərin sığortalaması faizi daha yüksəkdir. Eyni şeyi yaşayış sahələri ilə bağlı söyləmək mümkün deyil.

R.Əhmədov bildirib ki, daşınmaz əmlakın icbari sığortasının gecikdirilməsinə görə cərimələrin az yazıldığını söyləmək olmaz: “Cərimələrin yazılmasının niyə yubandığını isə bu funksiyanı yerinə yetirməli olan qurumlardan soruşmaq lazımdır”.

Həmçinin oxuyun

Sabah Bakıda 39 dərəcə isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında günəşli hava şəraiti olacaq, cənub-şərq küləyi əsəcək.  Milli Hidrometeorologiya Xidmətindən …