Ana səhifə / Sosial / Bunu edəbnlər cərimələnəcək – VİDEO

Bunu edəbnlər cərimələnəcək – VİDEO

Taksi duracaqlarında başqa avtomobil saxlayan sürücülər cərimələnəcək.  İnzibati xətalar məcəlləsinə ediləcək dəyişikliyə əsasən artıq bu duracaqlarda yalnız taksi tanınma nişanı olan avtomobillər park ediləcək.

Artıq taksi duracaqlarında başqa avtomobil saxlayanlar 40 manat cərimələnəcək.

Taksi duracaqlarında başqa nəqliyyat vasitələrinin dayanmasına və durmasına görə cərimə müəyyənləşir. Bu, İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsində öz əksini tapıb. Dəyişikliklə 5.14 nişanı ilə işarələnmiş minik taksilərinin duracaq yerlərində digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə cərimə məbləği 20 manatdan 40 manata qaldırılır. Taksi sürücüləri cərimə məbləğinin artırılmasını müsbət qarşılasalar da, duracaqların sayının az olduğunu deyirlər.

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, dəyişiklik illərdir mövcud olan taksi duracaqları problemini həll etmək üçün olduqca effektiv addımdır. Ekspertin fikrincə qanun layihəsinə edilən bu dəyişikliklə yanaşı bir sıra əlavələr də olmalıdır.

Qeyd edək ki, qanun layihəsinə edilən dəyişikliklə dayanma, durma, parklanma, o cümlədən ödənişli parklanma ilə bağlı cərimələr də artırılacaq.

Həmçinin oxuyun

Azərbaycanda son sutkada 3 nəfər koronavirusa yoluxub – 2 nəfər ölüb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3 yeni yoluxma faktı qeydə alınıb, 9 nəfər müalicə olunaraq …