Cümə , Dekabr 4 2020
Ana səhifə / Sosial / Bunları etmədən sürücülük vəsiqəsini dəyişə bilməzsiniz – VİDEO

Bunları etmədən sürücülük vəsiqəsini dəyişə bilməzsiniz – VİDEO

Avtomobillərin qeydiyyatı və təkrar qeydiyyatı, onların texniki baxışdan keçirilməsi, eləcə də sürücülük vəsiqələrinin dəyişdirilməsi zamanı sürücülərdən cərimələrinin ödənilməsi tələb ediləcək. 

Bununla bağlı “Yol hərəkəti haqqında” qanuna dəyişiklik edilib.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, dəyişiklikləri bir neçə aspektdən qiymətləndirmək lazımdır. Əvvəla, ilkin və təkrar qeydiyyat zamanı cərimələrin ödənilməsini tələb etmək müsbət haldır.

Ekspertin sözlərinə görə, xüsusilə sürücülük vəsiqələri dəyişdirilərkən cərimələrin ödənilməsi tələbi sürücülər üçün sürpriz yarada bilər.

Cərimələrin vaxtında ödənilməsini sürücülər də yararlı hesab edirlər.

Sənədləşmə işlərində problem yaşamaq istəməyən sürücülərin davamlı olaraq cərimələrinin olub-olmadığını yoxlamaları tövsiyə edilir.

Həmçinin oxuyun

Təhsil Nazirliyi tələbələrə müraciət edib

Təhsil Nazirliyi https://e-telebe.edu.az elektron portalı vasitəsilə tələbələrin müraciətlərinin qəbulunu dekabrın 10-dək davam etdirəcək. Bu barədə nazirlikdən bildirilib. Qeyd …