Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Sosial / “Bu xəbər məni olduqca kədərləndirdi” – Prezidentdən başsağlığı

“Bu xəbər məni olduqca kədərləndirdi” – Prezidentdən başsağlığı

Azərbaycan Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisiyə başsağlığı ver.

Başsağlığında deyilir:

“Hörmətli cənab Prezident,

İsgəndəriyyə şəhəri yaxınlığında iki sərnişin qatarının toqquşması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu hadisə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını diləyirəm.

Allah rəhmət eləsin!”

Həmçinin oxuyun

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? – VİDEO

“Məni həkim yox, texniki işçi əməliyyat edib”. Bu iddianı paytaxt sakini Camal Şabanov irəli sürüb. …

Bir cavab yazın