Şənbə , Noyabr 17 2018
Ana səhifə / Sosial / Bu uşaq iki aydır küçələrdə yaşayır – VİDEO

Bu uşaq iki aydır küçələrdə yaşayır – VİDEO

Özünün dediyinə görə, Vahid iki aydan çoxdur ki, Bakının 9-cu mikrorayon ərazisində çöldə yaşayır.

Onun sözlərinə görə, valideynləri Qazax rayonunda yaşayır, bir neçə ay əvvəl atası tərəfindən döyülərək Bakıya göndərilib. Səbəb isə Vahidin az pul dilənməsi olub.

Vahid bir neçə dəfə uşaq evində olduğunu deyib. Ona gün ərzində yemək, isti paltar və pul verənlər isə yaxınlıqda işləyən dönərxanalarda çalışanlar və taksi sürücüləridir.

İnanırıq ki, müvafiq qurumlar məsələni nəzarətə götürəcək və Vahidi uşaq evinə təhvil verəcəklər.

 

 

VIPedu.BIZ

Həmçinin oxuyun

Prezident Sumqayıt-Bakı qatarı ilə Bakıya gəldi

Prezident İlham Əliyev noyabrın 16-da Sumqayıta səfəri çərçivəsində Dəmir Yolu Vağzalı Kompleksinin açılışında iştirak edib. …