Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / “BU, SADƏCƏ DƏHŞƏTDİR…” – Ölkə üzrə şagirdlərin 50%-i bu fənndən 0 bal toplayıb!

“BU, SADƏCƏ DƏHŞƏTDİR…” – Ölkə üzrə şagirdlərin 50%-i bu fənndən 0 bal toplayıb!

“Nə üçün ölkə üzrə bütün 9-cu sinif şagirdləri riyaziyyatdan buraxılış imtahanından 2 qiymət alıb? Düzü, mən də əvvəlcə buna inanmırdım. Lakin o zaman söhbət etdiyim müəllimlər 9-cu sinfin kurikulum üzrə olan riyaziyyatdan 1-ci buraxılış imtahanının nəticələrinin çox bərbad olduğunu bildirirdilər”.

Bunları Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz özünün “facebook” səhifəsində yazıb.

O, qeyd edib ki, nəticələrin bu dərəcədə aşağı olacağını gözləməsə də, DİM-in açıqladığı elmi-statistik təhlil vəziyyətin dəhşətli olduğunu göstərib: “Artıq DİM bir neçə gün öncə 2018/2019-cu tədris ilinin yekun elmi-statistik təhlilini açıqlayıb. Bu statistikaya görə, ölkə üzrə 9-cu sinif riyaziyyatdan 1-ci mərhələ imtahanda, 100 ballıq sistemlə orta göstərici 10 bal olub. Ölkə üzrə 50% 9-cu sinif şagirdi bu mərhələdə 0 bal toplayıb, yəni imtahan vərəqini heç nə yazmadan geri qaytarıb. Bu, sadəcə dəhşətdir.

imtahan

Maraqlıdır ki, məhz bu mərhələ – kurikulum üzrə əldə olunan nəticələr ötən illə müqayisədə pisliyə doğru dəyişib. Nə üçün belə gözlənilməz nəticələr alınıb?

Problem kurikulumdadır, tədris prosesindədir, testlərin mahiyyətindədir, yoxsa haradadır? Hətta Bakı şəhəri üzrə nəticələr də çox bərbad olub.

Söhbət elədiyim müəllimlərin bəziləri 1-ci mərhələdəki açıq tipli testlərin hədsiz çətin olduğunu da bildirirdilər. Hələlik Təhsil Nazirliyi bununla bağlı açıqlama verməyib”. AzPolitika

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …