Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Bu şəxslərin pensiyası artırılacaq – VİDEO

Bu şəxslərin pensiyası artırılacaq – VİDEO

Vətən müharibəsindən sonra şəhid ailələri, müharibə əlilləri və qazilərlə bağlı genişmiqyaslı dəstək tədbirləri davam etdirilir.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev bildirib ki, qazilərə sosial ödənişlərin təyinatı, reabilitasiya, sosial-psixolji və digər istiqamətlərdə dəstək göstərilir. Ümumilikdə indiyədək 7350  müharibə əlili dövlət tərəfindən minik avtomobilləri ilə təmin edilib.

Hidayət Abdullayev bildirib ki, bu il ərzində şəhid ailələri və müharibə əlillərinə 3 minədək mənzil və fərdi evin verilməsi nəzərdə tutulub. Onlardan artıq 1900 mənzil təqdim edilib.

Bununla yanaşı, nazirlik tərəfindən bu kateqoriyadan olan vətəndaşların özünüməşğulluq proqramına cəlb olunması prosesi də davam etdirilir.

Nazir müavini əlavə edib ki, indiyədək 2200-dən çox qaziyə pensiya təyin edilib və yanvarın 1-dən etibarən bu müavinətlər də artırılacaq.

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …