Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Bu şəxslərə vergi güzəştləri tətbiq ediləcək (VİDEO)

Bu şəxslərə vergi güzəştləri tətbiq ediləcək (VİDEO)

Vergi Məcəlləsinə əsasən qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılır.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vüqar Bayramov “Xəzər Xəbər”ə deyib ki, Vergi Məcəlləsinə əsasən, gəlir vergisinə bir sıra güzəştlər nəzərdə tutulur.

Onun sözlərinə görə, himayəsində 3 uşaq olan, eyni zamanda, dövlət və neft sektorunda çalışan, əmək haqqı 2500 manatadək olan vətəndaşlar üçün güzəştlər tətbiq olunur.
“Bu, imkan verir ki, vətəndaşlar əmək haqqından daha az gəlir vergisi ödəsin.Bu isə həmin şəxslərin əmək haqqlarının vergiyə cəlb edilməsinin azalması, nəticədə onların sərəncamında daha çox vəsaitin qalmasına imkan verir”,- deyə V.Bayramov qeyd edib.

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …