Ana səhifə / Sosial / Bu səhər küçəyə çıxmayın — XƏBƏRDARLIQ

Bu səhər küçəyə çıxmayın — XƏBƏRDARLIQ

Paytaxtın kommunal strukturlarından əldə edilən məlumata görə, bu gün, iyul ayının 4-ü səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaqdır.

BAKU.WS-in Bakı Şəhər İcra Hakimiyyətinə istinadən məlumatına görə, bununla əlaqədar şəhər sakinlərinə xəbərdarlıq edilir. Bildirilir ki, maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …