Cümə axşamı , Sentyabr 24 2020
Ana səhifə / Sosial / Bu şəxslər kommunal xərclərdən azad edildi – RƏSMİ

Bu şəxslər kommunal xərclərdən azad edildi – RƏSMİ

Nazirlər Kabineti “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün “Məzun evi” Sosial Müəssisəsinin Nizamnaməsi”ndə dəyişiklik edib.

Dəyişiklik “Məzun evi” Sosial Müəssisəsində məskunlaşmış peşə təhsili müəssisələrində əyani təhsil alan şəxslərlə bağlıdır.

Dəyişikliyə əsasən, “Məzun evi” Sosial Müəssisəsində məskunlaşmış peşə təhsili müəssisələrində əyani təhsil alan 23 yaşınadək şəxslərin kommunal xərcləri onların təhsil aldığı müddətdə “Məzun evi” Sosial Müəssisəsi tərəfindən ödəniləcək.

Qeyd edək ki, “Məzun evi” Sosial Müəssisəsi valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlar üçündür.

Həmçinin oxuyun

Məktəblərdə koronavirusa daha 7 şagird yoluxdu

Təhsil Nazirliyi ümumi təhsil müəssisələrində bu günə COVID-19-la bağlı məlumat yayıb. Məlumata görə, sentyabrın 23-də …