Bazar ertəsi , Yanvar 17 2022
Ana səhifə / Sosial / Bu şəxslərə yeni güzəştlər ediləcək (VİDEO)

Bu şəxslərə yeni güzəştlər ediləcək (VİDEO)

Şəhid ailələri və qazilər üçün yeni vergi güzəştləri müəyyənləşib.
Millət vəkili Vüqar Bayramov bildirib ki, yeni vergi güzəştləri Milli Məclis tərəfindən artıq təsdiq olunub.

Yeniliyə əsasən, həmçinin bu kateqoriyadan olan şəxslərin banklarda olan kredit borclarının silinməsi nəticəsində yaranan gəlirlər də vergidən azad olunacaq.
Vergi güzəştlərinin tətbiq edilməsi qazilər və şəhid ailələrinin üzvlərinin sosial təminatının daha da gücləndirilməsi məqsədinə xidmət edir. Dəyişikliklərin gələn aydan etibarən qüvvəyə minməsi nəzərdə tutulur.

Həmçinin oxuyun

Sabah Bakıya sulu qar, rayonlara qar yağacaq – PROQNOZ

Sabaha gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata …