Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Bu rektorlar vəzifədən gedir – Siyahı

Bu rektorlar vəzifədən gedir – Siyahı

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədlərinin siyahısında bir neçə universitet rektorunun da adı var. Axar.az xəbər verir ki, deputatlığa namizədliyini verən rektorlar tədris ocaqlarındakı vəzifələri ilə vidalaşmalı olacaqlar.Belə ki, bu gün mediaya açıqlama verən YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov rektorların qarşısında seçim qoyduqlarını və ya parlament seçkilərinə qatılmağı, ya da rektor kimi fəaliyyətlərini davam etdirmək gərəkdiyinin xatırladıldığını bildirib. Nəticədə, YAP siyahısına düşən namizədlərin artıq rektor kürsüsü ilə vidalaşdığı şübhəsizdir.
YAP-ın siyahısında adı olan və deməli, rektor vəzifəsi ilə vidalaşacaq şəxslərsə bunlardır:

1. Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Ağacan Abiyev – 32 saylı Suraxanı üçüncü seçki dairəsindən namizəddir;

2. Azərbacan Dillər Universitetinin rektoru Səməd Seyidov – 36 saylı Xətai dördüncü seçki dairəsindən namizəddir;

3. Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov – 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən namizəddir;

4. Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı – 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən namizəddir.

Vurğulayaq ki, bu il keçiriləcək seçkilərdə deputatlığa namizədliyi təsdiq olunmayan millət vəkilləri rektor kimi fəaliyyətlərini davam etdirə biləcəklər. Rektor vəzifəsini millət vəkilliyinə dəyişməyənlər isə Gülçöhrə Məmmədova (Memarlıq və İnşaat Universitetinin rektoru) və Abel Məhərrəmovdur (Bakı Dövlət Universitetinin rektoru).

 

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …

Bir cavab yazın