Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Sosial / “Bu qurumların ləğvi üçün təklif vermişik” – Zahid Oruc

“Bu qurumların ləğvi üçün təklif vermişik” – Zahid Oruc

Ölkə başçısı tərəfindəndövlət idaretmə sistemində struktur islahatları 2016-cı ildə də davam etdiriləcək.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Zahid Oruc Milli Məclisdə bəzi yararsız dövlət qurumlarının ləğvi təklifi barədə danışarkən deyib. Deputat bildirib ki, Azərbaycan daha optimal saya malik olan hökumət modelinə keçid zərurəti qarşısındadır:

“Biri digərini təkrarlayan qurumların fəaliyyətindən azad olmaq dövləti əlavə yüklərdən xilas edəcək. Faktiki olaraq ölkə rəhbəri tərəfindən daha kəskin və sistemli olaraq belə strukturların fəaliyyətinin yenidən təşkili, birləşdirilməsi və ya ləğvi yönündə addımlar atılmaqdadır. Hazırkı dövrdə Azərbaycan daha optimal saya malik olan hökumət modelinə keçid zərurəti qarşısındadır. ASAN Xidmət adlı inqilabi bir qurumun yaradılması sübuta yetirdi ki, bu gün səsləndirilən bir çox yarlıqlar heç də doğru deyil. Deməli, bir sıra gərəksiz nazirlik, komitə, agentlik və bu xarakterli dövlət qurumlarından xilas olmağın zamanıdır”.

Millət vəkilinin sözlərinə görə, bir neçə nazirlik, o cümlədən komitələrin üzərində qərar verilməsi hazırda Milli Məclisin qarşısındadır:

“Bir müddət öncə bu məsələyə aydınlıq gətirmiş, nə üçün adçəkmədiyimi də vurğulamışdım. Lakin ən azı bir-iki məsələni qeyd etmişdim. Baxın, bu gün Kənd Təsərrüfatı Nazirliyiilə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ayrı-ayrı qurumlardır. Halbuki vahid bir təşkilat halında ola bilərdi. O cümlədən, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi İqtisadi İnkişaf Nazirliyinin bir şöbəsi şəklində də fəaliyyət göstərə bilər. Bu fikirləriadını çəkməyəcəyimbaşqa qurumlara da şamil etmək olar. Belə qurumların sərəncamında olan obyektlərin özəlləşməsi və yaxud da idarəetməyə verilməsi ilə bağlı təkliflərimizidə vermişik. Ölkə başçısı tərəfindən dövlət idaretmə sistemində struktur islahatları 2016-cı ildə də davam etdiriləcək. Əminəm ki, Azərbaycan gələcəkdəməhdud, daha dəqiq səlahiyyətləri olan, insanlar üzərində müxtəlif qara ödənişlər tələb etməyən hökumət strukturlarına malik olacaq”.

Qeyd edək ki, Zahid Oruc Milli Məclisin 29 dekabr iclasındakı çıxışında lazımsız dövlət komitə və agentliklərinin ləğv olunması təklifini verib.

Həmçinin oxuyun

Birinci sinfə qəbul üzrə prioritet məktəblər – SİYAHI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet …

Bir cavab yazın