Şənbə , Yanvar 29 2022
Ana səhifə / Sosial / “Bu onu göstərir ki, Prezidentin də dediyi kimi ölkədə inhisarçılıq var”

“Bu onu göstərir ki, Prezidentin də dediyi kimi ölkədə inhisarçılıq var”

“Azad İstehlakçılar Birliyinə sonsuz sayda istehlakçı zəngi gəlir. Eləcə də istehsalçılar da zəng vurur. Qeyd edək ki, Rusiyada və dünya bazarında buğdanın qiyməti çox bahalaşıb. Bu da öz əksini Azərbaycan bazarında tapır. Biz bunu da bilək ki, nəzəri cəhətdən guya Azərbaycan bazarı dünya bazarına inteqrasiya olunmuş bazardır. Lakin illər boyu biz görürük ki, dünya bazarında bir şeyin qiyməti aşağı düşəndə Azərbaycan bazarı ona reaksiya vermir. Amma qiyməti artımı olanda tez reaksiya verir”

Bunu Moderator.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov ölkədə unun qiymətinin artması haqda danışarkən deyib. Ekspert bununla çörəyin də qiymətinin artacağını bildirib: 

“Bir daha bu onu göstərir ki, ölkə Prezidentinin bütün iqtisadi yığıncaqlarda dediyi kimi ölkədə inhisarçılıq, karter sövdələşmələri var. Dünya bazarında bir şeyin qiyməti qalxan kimi Azərbaycan bazarı da ona dərhal reaksiya verir və biz bu günlərdə unun qiymətinin qalxmasının şahidiyik. Beləki, əlli qəpiyə satılan sosial çörək altmış beş qəpiyə, qırx qəpiyə satılan sosial çörək isə əlli qəpiyə satılacaq. Qeyd edək ki, bir çox malların, o cümlədən çörəklərin qiymətini liberal olduğu şəraitdə dövlət orqanları qeyri-qanuni olaraq zavod çörəyinin qiymətini təzyiq altında saxlayır ki, onun qiyməti artmasın. Bu bizneslə məşğul olan insanlar da daim o qırmızı xəttin üzərində dayanıblar. Əgər yenə təzyiq olarsa, onların bazarı bağlanacaq, ya da qiyməti sərbəst olan çörəklərə keçəcəklər. Beləliklə, ola bilər ki, sosial çörəklər aradan çıxsın və bu da əhalinin sosial vəziyyətinə ciddi təsir edən bir amil olacaqdır.

Ona görə də hökumət elə bir iş aparmalıdır ki, sosial çörək biznesi qorunub, saxlanılsın. Çünki əhalinin buna tələbatı var. Məsələn, o zavodlara güzəştlər və subsidiyalar verilsin. Lakin təzyiqlə çörəyin qiymətini saxlamağın tərəfdarı deyiləm. Reallıq belədir və əgər sosial çörək istehsalçıları buna davam gətirməsələr, onda onlar qırmızı xəttin üstündən yıxılacaqlar. Onu da qeyd edək ki, Azərbaycanda bir daha qalxan qiymət, bir daha enməz”.

Həmçinin oxuyun

Şagird özbaşınalığı baş vermiş məktəbdən AÇIQLAMA

Bir müddətdir sosial mediada məktəb şagirdlərinin foyedə qeyri-etik davranışını sərgiləyən video yayılıb.  Abşeron rayon təhsil …