Cümə , Fevral 3 2023
Ana səhifə / Sosial / Bu marşrut sürücüləri işə çıxmaqdan imtina edirlər – Video

Bu marşrut sürücüləri işə çıxmaqdan imtina edirlər – Video

Sumqayıtda 10 A saylı marşrut xətti üzrə fəaliyyət göstərən avtobusların sürücüləri bu gün səhər saatlarında işə çıxmaqdan imtina ediblər. Nəticədə əksər sərnişinlər səhər saatlarında yolda qalıblar. Sürücülər iddia edirlər ki, gündəlik planın məbləği yüksəkdir.

Ümumilikdə xətt üzrə 30 sürücü var. Bu gün onlardan 14-ü işləməli imiş. Sürücülər iddia edirlər ki, ödəməli olduqları gündəlik planın məbləği yüksəkdir. Buna görə də işə çıxmaqdan imtina ediblər.

Belə vəziyyətdə ən çox əziyyət çəkən isə sərnişinlər olub.

Məsələ ilə bağlı “Nəqliyyat MMC-1”in qaraj rəisi Sirac Səfərov bildirib ki, sürücülərin bu addımından xəbər tutan kimi onları idarəyə dəvət edərək görüş keçiriblər. Şikayətləri dinlənilib. Qərara alınıb ki, gündəlik planda güzəşt edilsin.

Həmçinin sürücülərə bildirilib ki, gündəlik planın həcmi onları qane etmirsə, başqa xətt üzrə fəaliyyət göstərən avtobusda çalışa bilərlər. Lakin onlar bununla razılaşmayıblar.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Həmçinin oxuyun

“Bunu necə hesablamısınız?” – İqtisadçıdan qiymət artmına ETİRAZ – VİDEO

TV Müsavat-ın canlı efirinin qonağı iqtisadçi ekspert Natiq Cəfərli olub. Natiq Cəfərli verilişdə qiymət artımından …