Şənbə , İyul 20 2019
Ana səhifə / Sosial / Bu keçidlərin tikintisi 2 ildir yarımçıq saxlanılıb – Video

Bu keçidlərin tikintisi 2 ildir yarımçıq saxlanılıb – Video

Radioaparıcı Tural Yusifov özünün sosial şəbəkə hesabında Bakının Hövsan yolunda tikilən və yarımçıq qalan yerüstü keçidləri çəkərək tənqid etdiyi videogörüntü paylaşıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, T.Yusifov bildirib ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 2 ildir işləri yarımçıq saxlayıb və həmin qəsəbənin sakinləri keçiddən istifadə edə bilmirlər. Aparıcı eyni zamanda, keçidlərdə əlillər, uşaq arabaları üçün hərəkətin nəzərə alınmadığını qeyd edib.

AAYDA-nın mətbuat katibi Anar Nəcəfli “Qafqazinfo”ya açıqlamasında bildirib ki, yerüstü keçidlər həmin yolla birgə quraşdırılır və təmir edilir: “Həmin yol üçün 2015-ci ildə ilkin maliyyə ayrılıb və 2018-ci ilədək işlər görülüb. Daha sonra büdcədən vəsait ayrılmadığı üçün 2018-ci ildə tikinti-təmir işləri dayandırılıb. Bu il üçün də vəsait ayrılmayıb, növbəti ildə bu layihəyə büdcədən maliyyə ayrılması üçün israrla təklif irəli sürəcəyik”.

Həmçinin oxuyun

Azərbaycanda işləyən əhalinin sayı açıqlandı

2019-cu il iyulun 1-nə olan statistikaya görə, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 167,9 …