Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / “Bu il Qarabağ münaqişəsi həll oluna bilərdi” – Sergey Markov

“Bu il Qarabağ münaqişəsi həll oluna bilərdi” – Sergey Markov

“Müstəqillik əldə etdikdən sonra Azərbaycanın qarşısında duran əsas məsələlərdən biri dövlətçiliyin gücləndirilməsi üçün güclü ordunun yaradılması idi və Azərbaycan bu vəzifənin öhdəsindən layiqincə gəlib”.

AzVision.az xəbər verir ki, bunu Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov deyib. Onun szölərinə görə, Azərbaycan güclü ordu yaradıb və aprel döyüşlərində də bu, özünü göstərdi:

“Azərbaycanın üzləşdiyi əsas problem Qarabağ münaqişəsidir. Bu il Kazan formulu əsasında Qarabağ münaqişəsinin həllində böyük irəliləyiş əldə oluna bilərdi. Torpaqların bir qisminin qaytarılması müqabilində Ermənistanın blokadası aradan qaldırıla bilərdi. Təəssüf ki, bu, mümkün olmadı”.

Rusiyalı ekspert həmçinin əlavə edib ki, Azərbaycan hazırda İslam dünyasının lideridir.

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın