Çərşənbə , Aprel 21 2021
Ana səhifə / Sosial / Bu il ölkəmizdə 100 mindən çox ağac əkilib

Bu il ölkəmizdə 100 mindən çox ağac əkilib

BMT Baş Assambleyası tərəfindən meşələrin qorunması və artırılmasının vacibliyinə diqqət çəkmək üçün hər il mart ayının 21-i Beynəlxalq meşələr günü kimi qeyd olunur. Bu günün keçirilməsində məqsəd meşə massivlərinin vacibliyini, mühafizəsini, artırılmasının önəmini vurğulamaq, ağac əkinini təşviq etməkdir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 2021-ci ildə Beynəlxalq meşələr günü bütün dünyada “Meşələrin bərpası: bərpa və rifaha aparan yol” devizi altında qeyd olunur.

Məlumatda qeyd edilib ki, Azərbaycanda davamlı olaraq hər il genişmiqyaslı meşəbərpa və ağacəkmə tədbirləri həyata keçirilir. Təkcə 20 mart 2021-ci il tarixində Quba, Qusar, Şəki rayonlarında 4 hektar ərazidə 4000-ə yaxın meşəcinsli ağac əkilib, palıd toxumu səpilib.

Ümumiyyətlə, bu il yaz ağacəkmə mövsümündə Meşələrin İnkişafı Xidmətinin əməkdaşlarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə bugünədək 30 rayonun 100 hektar meşə fondu torpağında 100 mindən çox müxtəlif cinsli ağac əkilib, 2200 kiloqram palıd toxumu səpilib.

Həmçinin oxuyun

Hava kəskin dəyişəcək – Xəbərdarlıq

Azərbaycanda hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və …