Ana səhifə / Sosial / Bu il daha çox vətəndaş ipoteka kreditindən yararlanacaq (VİDEO)

Bu il daha çox vətəndaş ipoteka kreditindən yararlanacaq (VİDEO)

Bu il daha çox vətəndaşın ipoteka kreditindən yararlanmaq imkanı olacaq. Çünki dövlət büdcəsindən ipoteka kreditlərinə ayrılan vəsaitin həcmi artırılıb.
Bundan əlavə, ipoteka haqqında qanuna yeniliklər edilib. İqtisadçı ekspert Ruslan Atakişeyev bildirir ki, dövlət büdcəsindən ipotekaya ayrılan vəsaitin həcmi ötən illə müqayisədə artıb.
«İpoteka haqqında» qanuna edilən dəyişiklikləri şərh edən Ruslan Atakişiyev qeyd edib ki, yeniliklərdən biri ipoteka predmeti olan girovun satışa çıxarılması tələbi ilə bağlıdır.
Ruslan Atakişiyevin sözlərinə görə, yeni qaydalarla girov sahibinə əlavə imkanlar yaradılacaq.
Problemlərlə bağlı müştərinin xəbərdar edilməsi qaydalarında da yenilik edilib. İndiyədək mövcud olan qaydalara görə, müştəri o vaxt xəbərdar edilmiş sayılırdı ki, bildiriş ona şəxsən çatdırılsın. İndi isə bank bu barədə məlumatı müştəriyə sifarişli poçtla və elektron poçtla yollayacaq. Poçt vasitəsilə göndərilmis rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş bildiriş isə 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır.


Həmçinin oxuyun

Prezident 40 milyon ayırdı, şagirdlərdən yenə pul yığılır

Prezident İlham Əliyev “Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi və təmiri ilə bağlı …