Cümə , Fevral 3 2023
Ana səhifə / Sosial / Bu il 56,7 min şəxsə əlillik təyin edildi

Bu il 56,7 min şəxsə əlillik təyin edildi

Bu il 56,7 min şəxsə əlillik təyin edilib.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov 2022-ci ildə görülən işlərə dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, əlilliyin qiymətləndirilməsinin elektron infrastruktur üzərindən, səhiyyə müəssisələrinin e-sistemə daxil etdiyi göndərişlər əsasında, vətəndaş-məmur (ekspert) təması olmadan həyata keçirilib: “Əlilliyin qiymətləndirilməsi ilə bağlı yeni meyarların tətbiqindən sonra 14 063 şəxsə orqanizmin funksiyalarının pozulması faizinə əsasən əlillik təyin edilib.

Həmçinin, cari ildə Agentliyin reabilitasiya müəssisələrində əlilliyi olan 48 650 şəxsə tibbi və sosial-psixoloji reabilitasiya xidməti göstərilib ki, bu da ötən ilə nisbətən 6 dəfə çoxdur. Həmçinin bu il əlilliyi olan 26,6 mindən çox şəxsin 57,8 min reabilitasiya vasitələri ilə təminatı həyata keçirilib”.

A.Bayramov vurğulayıb ki, ən çox əlillik səbəbindən yaranan xəstəliklər psixi, onkoloji, göz xəstəlikləri olub.

Həmçinin oxuyun

Sabahın hava proqnozu açıqlanıb

Fevralın 3-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağıntılı olacağı, axşama doğru tədricən kəsiləcəyi …