Ana səhifə / Sosial / Bu il 50 mindən çox şəxsə əlillik təyin olunub – Rəsmi

Bu il 50 mindən çox şəxsə əlillik təyin olunub – Rəsmi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 2022-ci ilin yanvar-oktyabr ayları ərzində 50,2 min şəxsə əlillik təyin edib.
Nazirliyin yaydığı məlumata görə, onlardan 16,7 min nəfərə ilkin, 33,5 min nəfərə təkrar əlillik təyinatı aparılıb.
Bu ilin 10 ayında əlillik təyin edilənlərin sayı ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz çox olub.
Əlilliyin qiymətləndirilməsi səhiyyə müəssisələrinin elektron sistemə daxil etdiyi göndərişlər əsasında həyata keçirilir. Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin olunur.

Həmçinin oxuyun

“Vətəndaşın Azərbaycandakı yoxsulluqla bağlı fikirlərini qəbul etmirik”

“Statistika Komitəsinə sorğu göndərsək ki, nə qədər əhali var, o əhalinin nə qədəri işləyir, onların …