“İl ərzində 50 bağça müdiri işdən azad edilib. Bu, o deməkdir ki, bağçalarda monitorinqlər davam edir”.
Bunu elm və təhsil naziri Emin Əmrullayev sentyabrın 6-da yeni tədris ili ilə bağlı media üçün keçirdiyi brifinqdə deyib.
O bildirib ki, bağça müəllimlərinin sertifikatlaşdırılması prosesi, yəqin ki, mərhələli proses olacaq.
