Cümə , Noyabr 27 2020
Ana səhifə / Sosial / Bu gündən Babək prospektində təmirə başlanılır

Bu gündən Babək prospektində təmirə başlanılır

Bakı şəhərinin Babək prospektində aparılacaq yenidənqurma işləri ilə əlaqədar olaraq bu gündən etibarən sözügedən prospektdə avtonəqliyyat vasitələrinin hərəkəti yol bağlanmadan hissə-hissə qismən məhdudlaşdırılacaq.

“Report” bu barədə “Azəravtoyol”a istinadən xəbər verir.

Yenidənqurma işlərinə prospektin Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişməsindən Günəşli qəsəbəsi istiqamətində start verilir.

“Sürücülərdən təmir işləri aparılan ərazilərdə diqqətli olmaları və prospektdə sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur”, – deyə məlumatda qeyd olunub.

Həmçinin oxuyun

“İçərişəhər”dəki Qala divarında dağıntı olub – Fotolar

Bakının “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində qədim Qala divarının bir hissəsində dağıntı olub. Hazırda həmin …