Çərşənbə axşamı , Avqust 9 2022
Ana səhifə / Sosial / Bu gün güclü isti gözlənilir – XƏBƏRDARLIQ

Bu gün güclü isti gözlənilir – XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında bu gün hava şəraiti yağmursuz keçəcək.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında zəifləyəcək.

Havanın temperaturu gecə 21-25° isti, gündüz 33-38° isti olacaq. Bakıda gecə 22-24° isti, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət 50-55% olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 22-27° isti, gündüz 35-39°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 8-13° isti, gündüz 25-29° isti olacaq.

Həmçinin oxuyun

İnam Kərimovun milyonluq maxinasiyası və məhv edilən aqrar sektor – ARAŞDIRMA

Kənd təsərrüfatı naziri İnam Kərimov müsahibəsində bildimişdi ki, bu ilin yanvar-fevral aylarında Azərbaycanda müşahidə edilmiş …