Ana səhifə / Sosial / Bu gün Bakıda bal yarmarkası AÇILACAQ

Bu gün Bakıda bal yarmarkası AÇILACAQ

Bu gün – oktyabrın 5-də Bakıda arıçılıq məhsullarının sərgi-satış yarmarkası açılacaq.

Moderator.az xəbər verir ki, yarmarka oktyabrın 28-də yekunlaşacaq.

Kənd Təsərrüfatı Nazirliyindən veriləın məlumata görə, bu il yarmarkada iştirak etmək üçün Dövlət Aqrar İnkişaf Mərkzələrinə 371 müraciət daxil olub. Arıçılar yarmarkaya 150 ton süzmə bal çıxarmağı planlaşdırır. Yarmarkaya gətirilən balın 5 tonu çərçivə halındadır. Daha çox arı məhsulları Astaradan və Aran iqtisadi rayonundan daxil olub.

Qida Təhlükəsizliyi Agentliyi bəyan edib ki, sərgi-yarmarkaya çıxarılan bal məhsulları ciddi şəkildə müvafiq standartlara uyğun ekspertizadan keçirilib. Bildirilib ki, yarmarkaya daxil olan məhsullar məxfi şəkildə kodlaşdırılıb, agentliyin əməkdaşları tərəfindən nümunələr götürülüb. 3974 bal nümunəsi ekspertizadan keçirilib ə təqribən 900 nümunənin keyfiyyətsiz olduğunun aşkar edilib. Nəticədə 30 tona yaxın keyfiyyətsiz hesab edilən bal məhsulları xüsusi anbara yığılaraq satışdan çıxarılıb.

Qeyd edək ki, arıçılıq məhsullarının sərgi-satış yarmarkası oktyabrın 5-dən 28-dək Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti, 10 ünvanında (Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisi) keçiriləcək.

Yarmarka bu gün saat 15:00-da açılacaq.

 

Həmçinin oxuyun

“Vəziyyətimiz acınacaqlıdır, Kəlbəcərə qayıtmaq istəyirik, adımızı siyahıya salmırlar”

Kəlbəcərin Ağdaban kəndindən olan Sadiq Məmmədov deyir ki, 30 ildən çoxdur qazı, şəraiti olmayan yataqxanada …