Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Sosial / “Bu gün bacısı komitəyə dəvət olunacaq…”- “Qaçqınkom”dan evi yanan mərhum jurnalistlə bağlı açıqlama

“Bu gün bacısı komitəyə dəvət olunacaq…”- “Qaçqınkom”dan evi yanan mərhum jurnalistlə bağlı açıqlama

“Z.Müabiloğlunun bacısı bü gün komitəyə dəvət olunacaq”.
Bu sözləri Moderator.az -a açıqlamasında “Qaçqınkom”un mətbuat xidmətinin rəhbəri Elçin Qədimov deyib. Qurum rəsmisi bildirib ki, yanğın baş verən gündən məsələ onların diqqətindədir:
“Həmin hadisə baş verən gündən bizim əməkdaşlar ərazidə olub baş verən yanğın hadisəsiylə tanış olmuşlar. Bu gün mərhum jurnalist Z.Müqabiloğlunun bacısı Sevinc xanım komitəyə dəvət olunacaq və yəqin ki, imkan daxilində müvafiq köməkliklər göstəriləcək”.
Xatırladaq ki, martın 20-dən 21-nə keçən gecə mərhum jurnalist Zabil Müqabiloğlunun Sabunçu rayon Pirşağı qəsəbəsində Məşəl şəhərciyindəki ata evi yanaraq kül olub. Həmin evdə tək yaşayan bacısı Sevin xanım evdə olmadığından xəsarət almayıb. Jurnalistin bacısı yanğın baş verən gündən qohumlarının evində gecələyir.

Həmçinin oxuyun

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi

Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) ilə 1 milyon 996 min 500 …