Cümə axşamı , Fevral 29 2024
Ana səhifə / Sosial / Bu günədək neçə tələbə təhsil krediti alıb?

Bu günədək neçə tələbə təhsil krediti alıb?

Bu günə qədər təhsil tələbə krediti (TTK) almaq üçün müraciət edənlərin statistikası açıqlanıb.

Təhsil Tələbə Krediti Fondundan verilən məlumata görə, indiyədək 36 min 403 tələbə kredit almaq üçün müraciət edib.

Onlardan 613 nəfərin müraciəti natamam olub, 639 nəfərin müraciəti isə emal mərhələsindədir. Habelə 7 816 nəfərin müraciətinə imtina cavabı verilib, 90 nəfərin müraciəti isə banka yönləndirilib.

Ümumilikdə 27 min 245 nəfərə TTK verilib. Onların arasından 9 797 nəfərin müraciəti sosial TTK, 17 min 448 nəfərin müraciəti isə standart TTK olaraq rəsmiləşdirilib.

Həmçinin oxuyun

Hesablama Palatası bu qurumda nöqsanlar aşkarladı 

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyində olan Z. Məmmədov adına xəstəxananın Vərəm şöbəsində stasionar şəraitdə müalicə …