Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Sosial / Bu görüş Bakının nüfuzunu göstərir – Novruzov

Bu görüş Bakının nüfuzunu göstərir – Novruzov

ABŞ-ın Baş Qərargah (BQ) Rəisləri Komitəsinin sədri general Cozef Danford və Rusiya Müdafiə nazirinin birinci müavini, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeriy Gerasimovun görüş yeri üçün məhz Azərbaycanı seçməsi ölkəmizin beynəlxalq aləmdə qazandığı nüfuzun göstəricisidir.

Bunu Trend-ə Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, Azərbaycan hər zaman sülhü, humanizmi dəstəkləyir, multikultural dəyərlərin qorunub saxlanması, o cümlədən dinlərarası münasibətlərin inkişafı üçün mütəmadi addımlar atır:

“Azərbaycanda buna qədər dəfələrlə forumlar, ən yüksək tədbirlər keçirilib. Azərbaycanda olan ictimai-siyasi sabitlik, xalq-iqtidar birliyi, azadlıq, demokratiya yüksək inkişafın təzahürüdür. Bundan öncə Rusiya və İranın dövlət başçıları Azərbaycanda görüşüblər. Belə tədbirlərin Azərbaycanda keçirilməsinə hər bir ölkə razılıq verib. Məsələn, səsvermə ilə Avropa Oyunları Azərbaycana təyin olunub, Azərbaycan 155 səslə BMT Təhlükəsizlik Şurasına rəhbərlik edib. Yəni bu, Azərbaycanın dünyada, beynəlxalq aləmdə nüfuzunun artması, Azərbaycanın daxilində yaradılan ictimai-siyasi sabitlik və Azərbaycan Prezidentinin apardığı siyasətin nəticəsidir. Bilirlər ki, Azərbaycanda belə toplantıların keçirilməsi çox böyük fayda verəcək”.

Həmçinin oxuyun

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi

Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) ilə 1 milyon 996 min 500 …

Bir cavab yazın