Ana səhifə / Sosial / “Bu gedişlə yoluxmalar yenidən artacaq” – XƏBƏRDARLIQ

“Bu gedişlə yoluxmalar yenidən artacaq” – XƏBƏRDARLIQ

Bu mübahisə dünən metronun “Qara Qarayev” stansiyasında polislə  gənc oğlan arasında yaşanıb. Maskadan istifadə etmək istəməyən isə yalnız bu gənc deyil, son günlər avtobuslarda, restoranlarda, bir sıra qapalı məkanlarda əksəriyyət maskadan istifadə etməkdən imtina edir.

Ölkəmizdə isə koronavirusa yoluxma sayı hələ ki, ikirəqəmlidir. Sual olunur ki, yoluxma sayı nə vaxtsa təkrəqəmliyə düşəcəkmi, yoxsa bunun əksi olaraq artım olacaq?

Son günlər əhali arasında yaranan arxayınlıq yenidən təhlükəli vəziyyətin yaranmasına zəmin yaradır. Üstəlik, dünyada sürətlə yayılan və artıq Rusiyanı ağuşuna alan Hindistan ştammı COVİD-in 4-cü  dalğasını yenidən gündəmə gətirib.

Bu arada qardaş Türkiyə milli TURKOVAC peyvəndinin sınaqlarının 3-cü, sonuncu fazasına başlayıb. Bir neçə həftə sonra artıq tətbiqə hazır olacaq. Bu, Azərbaycan üçün də önəm daşıyır. Biz bütünlüklə Türkiyə peyvəndinə keçə bilərikmi?

Bizimlə söhbətdə həkim-infeksionist İlhamə Abbasova mövzu ilə bağlı bir sıra məqamlara aydınlıq gətirdi: “Qaydalara əməl olunmur, insanlar qorunmur. İstər mağazalarda, istər nəqliyyatda, istərsə kafe- restoranlarda, istərsə də müəssisələrdə ciddi nəzarət yoxdur. Operativ Qərargah tərəfindən qərar verildi ki, maskalardan istifadə etmək önəmlidir. Hər kəs anlayır ki, istidə maska taxmaq olmur. Buna görə də açıq məkanlarda qadağalar aradan götürüldü. Amma qapalı məkanlarda bu məcburiyyətdir, istədin-istəmədin, maska taxmalısan. ”Boğuldum, nəfəs ala bilmirəm” kimi ifadələri kənara qoymaq lazımdır.

O ki qaldı, nəqliyyatda maskadan istifadəyə, burda məsələ bir az fərqlidir, ürəkağrıdandır. Əhalini qınamıram, kondisioneri olan avtobuslarımız yetərincə deyil. Bakı ətrafı kəndlərdə, qəsəbələrində kondisionerli avtobus yox səviyyəsindədir. Buna görə, insanları qınamaq da olmur. Hamı avtobusda, sıxlıq, basırıq vəziyyətdə dayanır. Bu şəraitdə maska taxmaq çətindir. Amma COVİD bu gedişlə artacaq. Bir partlayış olacaq. Məsələn, bizi qınayırlar ki, xəstəxanalarda  COVİD xəstələri azalmışdısa, niyə bu yumşaldılmalar oldu. Başa salmağa çalışırıq ki, əgər virus yoxdursa, azalıbsa, icazələr olmalıdır. Toylara icazə verildi. Bu müsbət addımdır. Neçə müddətdir ki, insanlar toy edə bilmirdi. Amma çox xahiş edirəm ki, iyulun 1-dən şadlıq saraylarında ciddi nəzarət olsun. Çünki orda insanlar içkili olacaq, bir-birilə qucaqlaşacaq, məsafə saxlamayacaqlar. Mütləq maskadan istifadə olunmalıdır. Bir insanın digəri ilə 10 dəqiqə söhbət etməsi yetərlidir ki, COVİD-ə yoluxsun”.

Virusu simptomsuz keçirənlərdə qəfil ölüm təhlükəsi, meyitdən yoluxmaq  ehtimalı

İlhamə Abbasova 

İnfeksionist “Son günlər insanlar arasında yayılan qrip, Retro-virus kimi infeksiyalar getdikcə COVİD-in yox olmasına dəlalət edirmi” sualına da cavab verdi: “Düşünmürəm ki, bu COVİD-in yox olması ilə əlaqədardır. Biz artıq yumşalmalara keçmişik. Əhalinin bir hissəsi vaksin olunub, onun da önəmi var. Hazırda qrip, retro-virus, rinovirus yayılıb, uşaqlar arasında da çoxdur. Amma COVİD bitməyib, bu infeksiya toplum yığışmaları zamanı artır. Bizdə də son vaxtlar qadağalar var idi, insanların toplaşması yığışdırılmışdı. Ona görə əgər qorunma şərtlərinə əməl edilməsə, yenidən virus artacaq”.Həkim TURKOVAC peyvəndi ilə bağlı fikirlərini də bildirdi: “Hələ Türkiyədə bunu sınaqdan keçirsinlər. Əgər özünü doğrultsa, niyə də olmasın. Biz hər zaman hər sahədə əməkdaşlıq edirik. Sadəcə, elə orqanizmlər var ki, immun sistemi zəifdir. O orqanizmlərə iki doza vaksin vurulub, amma immunoqlobinləri yox səviyyəsindədir, immunitet əmələ gəlməyib. Mən məsləhət görərdim ki, həmin insanlara üçüncü doza vurulsun. Yəni heç altı ay gözlənilməsin. Düzdür, bu hələ özünü doğrultmayıb, iki doza vurduran 6 aydan sonra 3-cü dozanı vurdura bilər. Bir müddət əvvəl  Operativ Qərargahda dedilər ki, ola bilər ki, iki dozanı vurdurub, 6 aydan sonra digər vaksinlərdən istifadə edilsin. Amma hələ belə bir qərar yoxdur. Ancaq olsa, yaxşı olar. Məsələn, mənim ətrafımda tanıdığım şəxslər var, iki doza vaksin olunublar, amma immunitet yaranmayıb. Bildirir ki, ”CoronaVac” vaksini vurdurub, immunitet yaranmayıb, digər vaksinləri də sınamaq istəyir. Amma edə bilmir, çünki sistem onu qəbul etmir. İmmuniiteti zəif olanlara növbəti dozanı vurmaq yaxşı olardı. Bu sıradan TURKOVAC da sınanılsa, yaxşı olar”.

Гюльнара Ахмедова — Гастроэнтеролог, Инфекционист | HekimTap

 Gülnarə Əhmədova 

Həkim-infeksionist Gülnarə Əhmədova isə sualla bağlı “Yeni Müsavat”a fikrini belə bildirdi: “Hesab edirəm ki, koronavirus artıq sona çatmalıdır. Son bir ili təhlil etsək görərik ki, COVİD-19 başlayandan bu yana digər virus infeksiyaları demək olar ki, yox idi. Qızılca da tam sönmüşdü, suçiçəyi də yox idi. Virus infeksiyalarında qəribə bir xüsusiyyət var. Əgər bir virus yayılıbsa, o biri virusları sıxışdırıb çıxarır. Yəni indi yenə əvvəlki kimi başqa viruslar peyda olub. Bir müddət əvvəl rinovirus, adenavirus demək olar ki, hamısı itmişdi, yox idi. Əgər insan bədənində köhnə viruslar baş qaldırırsa, bu, koronanın sıxışdırılması deməkdir. İmmunitet bununla bacaracaq. Mənim fikrim belədir, ola bilər, səhv düşünə bilərəm. Amma müşahidələrim bunu deməyə əsas verir”.

Həmçinin oxuyun

Sabah hava küləkli olacaq – Proqnoz

Sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Milli Hidrometeorologiya …