Cümə , Oktyabr 30 2020
Ana səhifə / Sosial / Bu evlər sökülərsə, sahiblərinə kompensasiya ödəniləcək? (VİDEO)

Bu evlər sökülərsə, sahiblərinə kompensasiya ödəniləcək? (VİDEO)

Sənədsiz evlərin çıxarışla təmin olunması məsələsindəki maraqlı məqamlardan biri də xüsusi riskli zonalarda yerləşən evlərlə bağlıdır. 

Bu ərazidə yaşayanlar ümid edirlər ki, əgər bu evlər sökülərsə, onlara kompensasiya ödəniləcək. 
Bakı və Abşeron yarımadasında 500 mindən çox sənədsiz yaşayış evi var. Suraxanı rayonundakı bu evlərin də heç bir sənədi yoxdur. Həmin evlər çıxarışla təmin olunduqda bu prosesdən milyonlarla manat vəsait əldə ediləcək. Eyni zamanda, həmin evlərin sahiblərinə zərərçəkən qismində kompensasiya da ödənilə bilər.
Əgər riskli ərazilərdə tikilən sənədsiz evlərə görə kompensasiya ödənilərsə, bu, digər vətəndaşlardan tutulan vergilər hesabına həyata keçiriləcək. Lakin ekspertlərin fikrincə, ictimai vəsaiti bu cür məqsədlər üçün istifadə etmək qanunsuzdur. Üstəlik kompensasiyanın verilməsi həyata keçirilmiş olsa belə, xərclərin 100 faizini ödəmək mümkün deyil.
Bakı və Abşeron yarımadasında mövcud olan sənədsiz yaşayış evinin 70 faizi xüsusi riskli zonalarda yerləşir. Hər halda, vətəndaşların özləri də məsələyə məsuliyyətli yanaşmalı, ev tikərkən qanunvericiliyin tələblərinə əməl etməlidirlər. 

Həmçinin oxuyun

İş adamı “McDonald’s“la bağlı dəhşətli faktlar AÇIQLADI

“Onsuz da nə mən, nə ailəm, nə də ki yaxın ətrafım gündəmdə olan məşhur fast …