Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / “Bu, DTX-nın uğurudur və bir keçmiş zabit kimi…” – İlham İsmayıl

“Bu, DTX-nın uğurudur və bir keçmiş zabit kimi…” – İlham İsmayıl

Baş Prokurorluq, DİN, MN, DTX –nın birgə bəyanatı yayılıb. Bəyanatda bir qrup hərbi qulluqçunun və mülki şəxsin maddi əsas zəminində Ermənistanın xüsusi xidmət orqanlarına hərbi sirr təşkil edən məxfi məlumatları düşmən tərəfə ötürdükləri aşkar edilib və bu şəxslər cinayət məsuliyyətinə cəlb olunublar.

Cəmiyyətdə şok effekti yaratmış bəyanatla əlaqədar təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl buna öz münasibətin bildirib:

“Casusluq yeni məsələ deyil, müharibə vəziyyətində olan iki dövlətin də bir-birlərinə qarşı kəşfiyyat – əməliyyat planları həyata keçirməsi də… Məsələ ondadır ki, casusluq, cəlbetmə birdən-birə yaranmır, bu müəyyən müddət tələb edir və şərtlər, istəklər bir günün içində formalaşmır. Cəlbetmənin metodları müxtəlif olsa da bəyanatdan məlum olur ki, bu iş daha çox maddi əsasda həyata keçirilib. Maddi əsasda həyata keçirilən cəlbetmə perspektivdə kompmateriala çevrilir və qarşı tərəfdən əməkdaşlığın davam etdirilməsi məcburi xarakter alır. Bu məsələdə bir çox insanın iştirak etdiyi qeyd olunduğundan o nəticəyə gəlmək olur ki, ilk cəlbolunan şəxsdən və ya bir qrup şəxsdən əlavə insanların da bu işə cəlb olunması tələb olunub və proses bu metodla-həm maddi əsas, həm də sonradan kompmateriala keçməklə davam edib. Təsadüfi deyil ki, burda mülki şəxslər də cəlb olunur. Yəni, məqsəd təkcə hərbi sirr haqqında hərbi qulluqçulardan informasiya almaq deyil. Bu gün informasiya vacibdir, sabah diversiya törətmək. İmtina edə bilməzsən, çünki əldə cəlbolunana qarşı istifadə oluna biləcək tutarlı faktlar var. Mülki şəxsdən sabah hansısa həyati vacib obyektin partladılması və sairə diversiya – təxribat xarakterli əməllər törətməsi tələb oluna bilər.

Fikrimin əvvəlində dediyim kimi, bu müəyyən zaman tələb edən prosesdir. Keçmiş MTN rəhbərliyinin birbaşa vəzifələrindən başqa hər bir işlə məşğul olduqları məlumdur. Ona görə də Müdafiə Nazirliyində əls-kəşfiyyat tədbirlərinin təmin edilməsi pis vəziyyətdə olub və nəticəsi göz qabağındadır.

Qeyd edək ki, indiki DTX rəhbərliyinin bu istiqamətdə əməliyyat şəraitinə tezliklə nəzarəti həyata keçirməsinin nəticəsidir ki, düşmənin böyük bir casus şəbəkəsi aşkarlanıb, zərərsizləşdirilib. Onu da vurğulamaq lazımdır ki, bu tip şəbəkənin ifşa edilməsi də bir günün, bir saatın işi deyil, uzunmüddətli, əziyyətli və savadlı əməliyyat tədbirlərinin həyata keçirilməsinin nəticəsidir. Bu, bizim xüsusi xidmət orqanının uğurudur və keçmiş zabit kimi mən də onları bu uğurlu əməliyyata görə təbrik edirəm. İnanıram ki, yeni rəhbərlik bu istiqamətdə əks-kəşfiyyat tədbirlərini gücləndirəcək, çünki keçmişdən onlara ağır yük qaldığının fərqindəyəm”. (Moderator.az)

Həmçinin oxuyun

Maşın bazarında durğunluğun səbəbi nədir? (VİDEO)

Ötən illə müqayisədə avtomobil bazarında durğunluq müşahidə edilir. Bunu avtomobil bazarına üz tutan insanlarn sayından …

Bir cavab yazın