Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / “Bu, dövlətə qarşı çıxmaqdır” – Sabir Rüstəmxanlı

“Bu, dövlətə qarşı çıxmaqdır” – Sabir Rüstəmxanlı

“Bazarlarda, alış-veriş mərkəzlərində qiymətlər inhisar altındadır”.

Bunu “Sabir Rüstəmxanlı söhbətləri”ndə bu dəfə ölkədəki bahalaşmadan danışılarkən millət vəkili deyib.

Xalq şairi, millət vəkili S.Rüstəmxanlı hesab edir ki, bu sahənin inhisara alınması əhalinin rifahı üçün görülən bütün işlərin təsirini azaldır, insanlar əmək haqlarının artmasını, müəyyən güzəştləri öz həyatlarında hiss edə bilmir:

“Bazarlarda, alış-veriş mərkəzlərində qiymətlər inhisar altındadır. Əhalinin rifahı üçün imzalanmış Prezident sərəncamları və qanunlar qüvvəyə minməmiş bazarların gizli qanunları qüvvəyə minir. Bu, dövlətə qarşı çıxmaqdır. Adama elə gəlir ki, qanunlarımızla bazar arasında fasiləsiz bir savaş gedir”.Onun sözlərinə görə, bu sahədə əsas səhvlərdən biri Bakıdakı bazarların yoxa çıxarılması, onların yerinə böyük molların salınmasıdır:“İnsanlar o bazarlarda dolanırdı. Bazarlar şəhər həyatının bir hissəsi idi. İndi onlar yoxa çıxıb. Bazarlar həm də kənd camaatının becərdiyi məhsulların asanlıqla satıla bilməsinə şərait yaradırdı. İndi kəndlilər bundan məhrumdur, öz məhsullarını sata bilmirlər. Buna görə də kənd təsərrüfatı məhv olur. İnsanlar əkib becərməyə maraqlı deyillər”.Millət vəkili deyib ki, kəndlinin torpaqdan səmərəli istifadə edə bilməməsi digər bir problemə yol açıb:“İndi həmin torpaqları ayrı-ayrı adamlar alıb. Kəndlilərin pula ehtiyacından istifadə edirlər, onların torpaqlarını, bağ sahələrini dəyər-dəyməzə alırlar. Bu, ciddi faciədir. Kəndlinin torpağına toxunmaq olmaz”.

https://www.youtube.com/watch?v=OiroKBqITEI

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …