Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Sosial / Bu dələduzlar sizin kartınızdan pul çəkə bilər, aldanmayın – VİDEO

Bu dələduzlar sizin kartınızdan pul çəkə bilər, aldanmayın – VİDEO

Mingəçevir sakini internetdə dələduzların hədəfinə tuş gəlib. Naməlum  şəxslər onun satmaq istədiyi qarajı almaq adı ilə  pul köçürmək üçün bank kartının kodlarını istəyiblər. Həmin şəxs kartından pul çəkiləndən sonra aldadıldığını başa düşüb.

Mingəçevir sakini dələduzların toruna düşüb.

Şəhər sakini Fəxri Həsənov alqı-satqı saytlarının birində özünə məxsus qarajı satdığı haqda elan yerləşdirib. Bunu görən dələduzlar həmin şəxslə vatsap vasitəsi ilə əlaqə saxlayaraq qarajı almaq istədiklərini deyiblər. Ona Qazaxstanda olduqların və beh vermək üçün kart kodu göndərmələrini istəyiblər. Fəxri Həsənovun aldadılması da  bundan sonra baş verib.

Fəxri Həsənov deyir ki, bir kartından 44 manat, digərindən isə 97 manat pul çəkilib. Mingəçevir sakini başına gələnlərdən sonra hər kəsi ehtiyyatlı davaranmağa çağrır. O, xarici nömrələrdən və ya tanımadıqları insanlardan gələn zəng, vatsap smslərini açmamağı, kart və hesablarını digər şəxslərə verməməyi tövsiyyə edir.

Qeyd edək ki, Fəxri Həsənov məsələ ilə bağlı polisədə məlumat verib. Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Birinci sinfə qəbul üzrə prioritet məktəblər – SİYAHI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet …