Ana səhifə / Sosial / Bu dəfə vətəndaşa qotur inəklər verildi – Nazirlikdən daha bir şikayət (FOTOLAR)

Bu dəfə vətəndaşa qotur inəklər verildi – Nazirlikdən daha bir şikayət (FOTOLAR)

Xəbər verdiyimiz kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “özünüməşğulluq proqramı”nın icrası çərçivəsində layihə qalibi olan və təssərrüfata sahib işsiz vətəndaşlara ailəsini dolandırmaq üçün heyvanlar verib. Amma bir çox rayonlarda bu proqramın icrasında xoşagəlməz hallara rast gəlinir və bununla bağlı çoxsaylı müraciətlər daxil olur.

Azinforum.az xəbər verir ki, bu dəfə unikal-a Ucar rayon Lək kənd sakini Həsənova Sevinc Ələddin qızı “özünüməşğulluq proqramı” çərçivəsində ona verilən heyvanların xəstə olduğunu deyib.
O əlavə edib ki, 2018-ci ilin may ayından müraciəti əsasında “özünüməşğulluq proqramı”nın icrası çərçivəsində kurslara cəlb edilib: “2018-ci ilin iyun ayında “özünüməşğulluq proqramı”ı çərçivəsində öz biznes planımı müdafiə etdim və 40 bal topladım. Biznes planımda 3 baş yanıbalalı heyvan (hər birinin dəyəri 1500 manat olmaqla) göstərmişdim. 2018-ci ilin noyabr ayının 5-də gecə saat 22:00 radələrində bir yanıbalalı və bir də boğaz heyvan qapımıza gətirdilər. Mən heyvanlara baxdım və qoca olduğu üçün istəmədim. Bildirdim ki, öz biznes planımda 3 baş yanı balalı heyvan göstərmişəm, siz isə həm sayı az və həmdə qoca inəkləri mənə gətirmisiniz sualını ünvanladım. Bir neçə saat danışıqlardan sonra, onlar məni Tərtərdə heyvan bazasına dəvət etdilər. Yoldaşımla Tərtərə Qərvənd heyvan fermasına getdim. Sən demə, bura ferma yox, heyvan xəstəxanası imiş! Ora getdim və əliboş geri qayıtdıq. Mənə bildirdilər ki, sizə bir neçə günə heyvan göndərəcəyik. Amma yenədə bu baş tutmadı.”
Sevinc Həsənova heyvanlar ona verilmədiyi üçün 2018-ci ilin noyabr ayının 22-də nazir Sahil Babayevə şikayət etmək üçün Bakıya gəlib. Nazirlə görüşə bilməyən S.Həsənova şikayətini ƏSMN-nin əməkdaşlarına edib. Onlar problemin tez bir zamanda həll ediləcəyini deyiblər. S.Həsənova 2018-ci ilin dekabr ayının 6-sında anası səhhətində problem olduğu üçün Ucar xəstəxanasında olub. Daha ağır günləri isə bundan sonra başlayıb.Şikayətçi xanım “Həmin gün evdə olmadığım üçün Məşğulluq Mərkəzinin və heyvanları verən şirkətin əməkdaşlarının iştirakı ilə gecə saatlarında inəkləri yaşadığım evə gətiriblər. Evdə olmadığımdan, icazəm alınmadan həyat yoldaşıma qol çəkdirib, aldadıb, heyvanları həyətə bağlayıblar. Halbuki həyat yoldaşım sənəddə yazılanlarla tanış olmayıb. Digər tərəfdən sənədə mən qol çəkməli idim. Mən isə heyvanları görəndə çox təccübləndim, qotur içində idilər. Dekabr ayının 8-də baytarı çağırıb heyvanların xəstə olması barədə akt aldım. Hər iki heyvan xəstədir. Birinə xeyli pul xərcləyib sağaltmışam. Heyvanların dəyişdirilməsi ilə bağlı Ucar Məşğulluq Mərkəzinin direktoru Qasım Kəmilova və tenderdə qalib gəlib, heyvanları bizə verən şirkət əməkdaşlarına müraciət etdim. Həll olunmadığı üçün, eyni mənim aqibətimi yaşayan 8 nəfər vətəndaşla dekabr ayının 25-də yenidən Bakıya nazirliyə şikayətə gəldik. Orada mənə 5 min manat pulun adını çəkməmək tövsiyyə olundu. Amma heyvanlarla bağlı şikayətimə yenidən baxılacağı deyildi. Bir neçə gün bundan əvvəl Məşğulluq Mərkəzinin əməkdaşları gəlib heyvanlara baxdılar. Onlara da şikayətimi etdim. Dedim ki, bir heyvanı sağaltmaq üçün özü qədər xərc çəkmişəm. Onlar isə dedilər ki, sizə kim icazə verib? Qoy heyvanlar yıxılıb ölərdilərdə!” deyib.
Sevinc Həsənova məsələ ilə bağlı ölkə başçısına, birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət etdiyini də deyib: “Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına da müraciət etmişəm. Sizin vasitənizlə Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevə müraciət edirəm. Xahiş edirəm mənə köməklik göstərsinlər”.

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …