Bazar ertəsi , Sentyabr 20 2021
Ana səhifə / Sosial / Bu çimərliklərdən istifadə ağır xəstəliklərə səbəb ola bilər – XƏBƏRDARLIQ

Bu çimərliklərdən istifadə ağır xəstəliklərə səbəb ola bilər – XƏBƏRDARLIQ

Havalar isti keçdiyindən insanlar sərinləmək üçün çimərliklərə üz tuturlar. Lakin bəzi çimərliklər var ki, orada çimmək insan sağlamlığı üçün zərərlidir.

Burada çimmək dəmirov, vərəm kimi xəstəliklərin yaranmasına səbəb ola bilər. Qəribədir ki, çimməyə gələnlərin əksəriyyəti də buradakı mövcud vəziyyətdən xəbərdardılar. Amma yenə də belə çimərliklərdən istifadə edirlər.

Çimərlikdən istifadə edənlər deyir ki, Türkan çimərliyi tarixən insanların ən çox üz tutduğu istirahət məkanıdır. Elə buna görə də çimərliyin təmizlənməsinə ehtiyac var. Bəzi vətəndaşlar isə illərdir ki, bu çimərliyə üz tutduqlarını, lakin hər hansı xəstəliyə yoluxmadıqlarını deyirlər.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin apardığı  analizlərin nəticələrinə görə,Türkan çimərliyi ilə yanaşı Şıx, Hövsan, Pirşağı, Corat çimərliklərindəki dəniz suyunun keyfiyyət göstəriciləri bakterioloji cəhətdən çirkli müəyyən edilib. Bilgəh, Novxanı, Mərdəkan, Şüvəlan, Goradil, Zaqulba, Nardaran və Buzovna çimərliklərindəki dəniz suyunun keyfiyyət göstəriciləri isə norma daxilindədir.

Həmçinin oxuyun

Karantin cərimələri silinir? – VİDEO

Sərtləşdirilmiş karantin dövründə açıq havada maska taxmayan vətəndaşlara yazılmış cərimələrin silinməsi ehtimalı yenidən gündəmdədir. Bəs …