Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Bu ay nikaha daxil olmaq istəyən 11 nəfərdə QİÇS aşkarlanıb

Bu ay nikaha daxil olmaq istəyən 11 nəfərdə QİÇS aşkarlanıb

Bu ilin yanvar ayında nikaha daxil olmaq istəyən 9 396 nəfər tibbi müayinədən keçib. 
Səhiyyə Nazirliyinin B. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva APA-ya deyib ki, ötən ay müayinədən keçən şəxslərdən 290 nəfərində talassemiya daşıyıcılığı, 16 nəfərdə sifilis, 11 nəfərdə isə QİÇS aşkarlanıb.
Onun sözlərinə görə, hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı 3 olub.
Direktor qeyd edib ki, Azərbaycanda nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsinin tətbiq olunduğu 1 iyun 2015-ci ildən 31 yanvar 2018-ci ilə kimi müayinədən 373 680 nəfər keçib: “İndiyə qədər tibbi müayinədən keçmiş 14 364 nəfərdə talassemiya daşıyıcılığı, 1349 nəfərdə sifilis, 293 nəfərdə isə QİÇS aşkarlanıb. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı 131 olub”.

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …