Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Sosial / Bu avtomobil sahiblərinə pul veriləcək – VİDEO

Bu avtomobil sahiblərinə pul veriləcək – VİDEO

Artıq xeyli müddətdir ki, köhnə və istismar müddətini başa vuran avtomobillərin utilizasiyası ilə bağlı məsələlər gündəmdədir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi də bununla bağlı bir neçə dövlət müəssisəsi tərəfindən birgə işlərin görüldüyünü qeyd edib. Ancaq hələ də belə nəqliyyat vasitəsi olan şəxslər üçün qaranlıq qalan bir neçə məqam var. Belə ki, onları maraqlandıran əsas suallar prossesin hansı qaydada aparılacağı, təqdim etdikləri avtomobillərin müqabilində nə qədər ödəniş alacaqlarıdır.

Nəqliyyat eksperti Fərhad Eyyubov deyir ki, ekoloji problemlərin həlli üçün köhnə nəqliyyat vasitələrinin utilizasiyası vacibdir. Lakin proses zamanı bir sıra hüquqi, sosial və texniki məsələlər nəzərə alınmalıdır.  Ekspertin fikrincə utilizasiyabir neçə formada aparıla bilər.

Fərhad Eyyubov bildirir ki, utilizasiya prosesində sahibkarların da müəyyən  rolu ola bilər.

Ekspert onu da əlavə edib ki, buraxılış ili 30-40 ildən çox olan, antikvar kimi saxlanan avtomobillər utilizasiya edilməyəcək. Lakin texniki cəhətdən yararsız və köhnə olan digər bütün nəqliyyat vasitələri tədricən istismardan çıxarılacaq. Ölkəyə yeni avtomobillərin gətirilməsi də prossesə dəstək verən amillərdəndir.

Həmçinin oxuyun

Birinci sinfə qəbul üzrə prioritet məktəblər – SİYAHI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet …