Şənbə , May 28 2022
Ana səhifə / Sosial / Bu avtomobil sahiblərinə ustalar xəbərdarlıq edir – VİDEO

Bu avtomobil sahiblərinə ustalar xəbərdarlıq edir – VİDEO

Müəyyən hallarda sürücülər avtomobillərə texniki göstəricilərində nəzərdə tutulmayan avadanlıqlar əlavə edirlər. Bir çox halda bu arzuolunmaz sonluqla nəticələnir. Son bir ay ərzində artıq bir neçə hibrid avtomobil hərəkətdə olarkən yanıb. Ustalar sürücülərə xəbərdarlıq edir. Əlavə avadanlıq avtomobilin yanmasına səbəb ola bilər.

Hərəkətdə olan avtomobil qəfil yanmağa başlayır. Alov getdikcə şiddətlənir. Ətrafı qatı tüstü bürüyür.

Sosial şəbəkələrdə yayılan bu görüntülər son zamanlar avtomobillərdə son zamanlar müşahidə edilən problemləri gündəmə gətirir.

Avtomobil ustaları deyirlər ki, xüsusilə hibrid avtomobillərdə belə hallara rast gəlinir. Onlar bunu bir neçə səbəblə izah edirlər. Əsas səbəb nəqliyyat vasitəsinin elektronika sisteminə edilən müdaxilədir.

Sahil Ağabəylinin sözlərinə görə, 10 ildən artıq müddətdə istismar edilən belə avtomobillərin bir qayda olaraq naqillərində və yanacaq borularında problemlər yaranır. Bu gün ölkəmizin avtomobil parkında ABŞ və Koreya istehsalı olan nəqliyyat vasitələri üstünlük təşkil edir. İddialara görə onların istehsal ili yeni olsa da, azərbaycana hansısa formada müdaxilə edilmiş vəziyyətdə gətirilir.

Ustalar sürücləri diqqətli olmağa, avtomobilə əlavə avadanlıqlar, xüsusilə işıq cihazları qoşmamağa çağırırlar.

Həmçinin oxuyun

Bazar gününün hava proqnozu açıqlandı

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, …