Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Bu ailələrə uşaqpulu verilməsi təklif edilir

Bu ailələrə uşaqpulu verilməsi təklif edilir

“Azad olunmuş ərazilərə qayıdan ailələrə uşaqpulu verilməsi yaxşı nümunə olardı”.

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən birgə iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Zahid Oruc bildirib.

Deputat, eyni zamanda qeyd edib ki, Azərbaycanda son illər 0-19 yaşında olan insanların sayı azalır, 65 yaşından yuxarı olan şəxslərin sayı isə artır: “Təklif edirəm ki, azad edilmiş ərazilərdə həm məskunlaşma, həm də demoqrafik vəziyyət baxımından uşaqpulları məhz oradakı vətəndaşlara verilsin”.

Həmçinin oxuyun

Maşın bazarında durğunluğun səbəbi nədir? (VİDEO)

Ötən illə müqayisədə avtomobil bazarında durğunluq müşahidə edilir. Bunu avtomobil bazarına üz tutan insanlarn sayından …