Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Sosial / Bu ərazidəki yol nişanları sürücülərlə sərnişinləri üz-üzə qoyub (VİDEO)

Bu ərazidəki yol nişanları sürücülərlə sərnişinləri üz-üzə qoyub (VİDEO)

Bakının Xətai rayonu, Əhmədli qəsəbəsi, Qaçaq Nəbi küçəsində həm avtobus dayanacağı, həm də parkinq nişanı var. Bu hal ərazidən istifadə edən avtobuslarla taksi sürücülərini üz-üzə qoyub.
Sözügedən ərazidə avtomobillərin park etməsi səbəbindən nə avtobusa, nə də avtobus gözləyən sərnişinə yer qalır.
Belə olan halda sərnişinlər yolun hərəkət hissəsində avtobus gözləməyə məcbur olurlar. Bu isə onların həyatı üçün təhlükədir. Bu səbəbdən sərnişinlər avtobus dayanacağında minik maşınlarının saxlamasından şikayət edirlər.
Avtomobil sürücüləri isə yerə çəkilmiş parklanma nişanını səbəb göstərərək maşınlarını burada park edirlər. Amma sürücülər iddia edir ki, yerdə parklanma nişanının olmasına baxmayaraq, avtomobili burada park etdikləri üçün Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən cərimələnirlər.
BNA-nın mətbuat katibi Mais Ağayev deyib ki, yerə çəkilmiş parklanma nişanı yanlışdır. Ona görə də avtobus dayanacağında park edilmiş avtomobillərə BNA tərəfindən yazılan cərimə qanunidir. Yaxın günlərdə ərazidə üfiqi nişanlanma xətti çəkiləcək. Nöqsan aradan qaldırılana qədər isə ərazidə park edilmiş avtomobil sahibləri cərimələnməyə davam edəcək.

Həmçinin oxuyun

Birinci sinfə qəbul üzrə prioritet məktəblər – SİYAHI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet …