Cümə , Aprel 12 2024
Ana səhifə / Sosial / Bu ərazilərdəki həyət evlərini təhlükə gözləyir – Video

Bu ərazilərdəki həyət evlərini təhlükə gözləyir – Video

Divar uçub dağılıb, tavan aralanıb, döşəmə çöküb, digər divarlar çat verib. Amma burda nə zəlzələ, nə də partlayış baş verməyib. İllərdir çat verən mənzilin divarı uçub.

Ev sakinləri bildirir ki, 4 il ərzində aidiyyatı qurumlara müraciət etsələr də, heç bir nəticə olmayıb.

Sakinlər bildirir ki, Yeni Günəşli, döngə 1, dalan 5 də yerləşən 17 evdə oxşar vəziyyət hökm sürür.

Məsələ ilə bağlı Suraxanı rayon İcra Hakimiyyətindən “Xəzər Xəbər”ə bildirilib ki, həmin ərazidə FHN-nin mütəxəssisləri tərəfindən verilmiş müvafiq arayışlara əsasən, qəzalı vəziyyətə düşmüş fərdi yaşayış evləri ilə bağlı aidiyyatı qurumlara müraciət olunub. Həmin sakinlərin Zığ qəsəbəsində yeni inşa edilən çoxmənzilli yaşayış binalarında yerləşdirilməsi nəzərdə tutulub.

Hazırda sözügedən qəzalı vəziyyətə düşmüş fərdi yaşayış evinin ailəsinin yerləşdirilməsi istiqamətində işlər aparılır.

Həmçinin oxuyun

Sığorta şirkəti qəzaya düşən avtomobilə dəymiş zərəri tam ödəməyib – VİDEO

Sığorta şirkəti qəzaya uğrayan avtomobilin təmiri üçün dəymiş zərəri tam ödəməyib.Belə bir halla paytaxt sakini …