Bazar , Yanvar 17 2021
Ana səhifə / Sosial / Bu ərazilərdə kafe və restoranlar işləməyəcək

Bu ərazilərdə kafe və restoranlar işləməyəcək

Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayonda ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlərə qoyulan məhdudiyyətlər qüvvədə qalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Qeyd edək ki, 31 avqust saat 00:00-dək Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarında sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunacaq.

Həmçinin oxuyun

Sabah qar yağacaq – PROQNOZ

Sabaha gözlənilən hava şəraiti açıqlanıb.  Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə yanvarın 18-də Bakıda və Abşeron …