Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Britaniyalı jurnalist azərbaycanlı qaçqınlardan yazıb

Britaniyalı jurnalist azərbaycanlı qaçqınlardan yazıb

Britaniyalı fotojurnalist Edvard Kravford şəxsi bloqunda Azərbaycanda yaşayan qaçqın və məcburi köçkünlərin həyatından bəhs edən məqalə yerləşdirib.
Bu məqsədlə ölkəmizə səfər edən jurnalist işğalçı Ermənistan tərəfindən yurd-yuvalarından didərgin salınmış həmvətənlərimizin yaşayışı ilə tanış olub. Bakıda qaçqınların və məcburi köçkünlərin məskunlaşdıqları ərazilərə baş çəkən E.Kravford həmvətənlərimizin ermənilər tərəfindən necə vəhşiliklə doğma yurd-yuvalarından didərgin salındıqlarını, ermənilərin 25 ildən artıqdır ki, torpaqlarımızı işğal altında saxlamalarını hadisə qurbanlarının öz dilindən eşidib.
Jurnalist Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndəsi ilə də söhbət edərək, Azərbaycanda qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərlə bağlı məlumat əldə etdiyini diqqətə çatdırır.
E.Kravford məqalədə Füzuli rayonundan məcburi köçkün Abbas Əliyevlə müsahibəsindən bəzi fikirlərə yer verib. A.Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində 1 milyondan artıq insanın qaçqın və məcburi köçkünə çevrilməsi, ermənilərin dinc azərbaycanlılara qarşı törətdiyi vəhşiliklərin canlı şahidi olması barədə danışıb, bu faktların dünya ictimaiyyətinə daha geniş şəkildə çatdırılmasının önəmini vurğulayıb.
Məqalədə azərbaycanlı qaçqın və məcburi köçkünlərin həyat şəraiti ilə bağlı fotolar da əksini tapıb.(azertag)

Həmçinin oxuyun

Maşın bazarında durğunluğun səbəbi nədir? (VİDEO)

Ötən illə müqayisədə avtomobil bazarında durğunluq müşahidə edilir. Bunu avtomobil bazarına üz tutan insanlarn sayından …

Bir cavab yazın