Bazar ertəsi , May 10 2021
Ana səhifə / Sosial / “Bravo” bu fotoya görə üzr istədi

“Bravo” bu fotoya görə üzr istədi

“Bravo” supermarketlər şəbəkəsi marketlərin birində Ramazan bayramı ilə bağlı edilən səhvə görə üzr istəyib.

Şirkət bununla bağlı açıqlama yayıb: “Marketlərimizin birində buraxılmış texniki səhvin nəticəsi olaraq hisslərinə toxunduğumuz hər bir kəsdən səmimi qəlbdən üzr istəyirik.

Diqqətsizlik üzündən baş verən xəta dərhal aradan qaldırılıb”.

Qeyd edək ki, marketdə endirimdə olan araqların stendi üzərində “Ramazan ayının xüsusi təklifləri” lövhəsi yerləşdirilib.

Həmçinin oxuyun

Azərbaycanda COVID-19: bütün pis göstəricilərdə azalma var

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına son sutkada 722 yeni yoluxma faktı qeydə alınıb, 1854 nəfər müalicə olunaraq sağalıb.Nazirlər Kabineti …