Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / “Bozqurd” batalyonunun keçmiş komandiri deputatlığa namizəd olur

“Bozqurd” batalyonunun keçmiş komandiri deputatlığa namizəd olur

Keçmiş döyüşçü, Boz Qurd batalyonunun sabiq komandiri Nurəddin Xoca da qarşıdan gələn parlament seçkilərində namizədliyini irəli sürmək fikrindədir.

Bu barədə Azinforum.az-a açıqlama verən Nurəddin Xoca bildirib ki, 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsində şanslarının yüksək olduğuna əmindir:

“Birincisi, həmin dairənin ərazisində xeyli sayda köhnə döyüş yoldaşlarım var. Onların dəstəyi ilə yanaşı həm də bir döyüşkən zona kimi, Qarabağ müharibəsində fəal iştirak etmiş hər üç rayonun nəhayətdə mənim timsalımda bir Qarabağ qazisini parlamentdə görmək istəyəcəklərinə tam inanıram”.

N.Xoca onu da bildirib ki, Milli Məclisin yeni heyətində Qarabağ qazisinin təmsilçilik qazanması Azərbaycanın bir dövlət olaraq marağında olan bir hadisədir: “Mən deputat seçilərəmsə, təkcə təmsil olunduğum bölgənin yox, bütünlükdə olaraq Qarabağ qazilərinin də maraqlarını ifadə etməyə çalışacam”.

Həmçinin oxuyun

Maşın bazarında durğunluğun səbəbi nədir? (VİDEO)

Ötən illə müqayisədə avtomobil bazarında durğunluq müşahidə edilir. Bunu avtomobil bazarına üz tutan insanlarn sayından …

Bir cavab yazın