Cümə axşamı , May 23 2024
Ana səhifə / Sosial / Böyük Şəhər Bələdiyyəsinə doğru SON ADDIM?

Böyük Şəhər Bələdiyyəsinə doğru SON ADDIM?

“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” və “Bələdiyyələrin statusu haqqında” qanunlara dəyişiklik layihələri üçüncü oxunuşda təsdiqlənib.

Adıçəkilən qanuna təklif edilən dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Dəyişikliklər barədə Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov məlumat verib. Qeyd olunub ki, “Bələdiyyələrin statusu haqqında” Qanuna dəyişiklik layihəsinə əsasən, təşkili və ya yenidən təşkili nəticəsində əhalisinin sayı 3 min nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələrin yaradılmasına onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətləri nəzərə alınmaqla yol veriləcək. 

Nəzərdə tutulan ev təsərrüfatlarının uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada aparılacaq. Qanuna təklif edilən digər bir dəyişikliklə isə ölkə üzrə sonuncu bələdiyyə seçkilərinin keçirildiyi ildən sonrakı 4 ilin son 2 ili ərzində əhalisinin sayı 3 000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələr onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla Milli Məclisin qərarı ilə digər bələdiyyələrə birləşdiriləcək.

Birləşmə və ayrılma nəticəsində əhalisinin sayı 3 000 nəfərdən və (və ya) ev təsərrüfatlarının sayı 1 000 vahiddən az olan bələdiyyələrin yaradılmasına onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla yol veriləcək. Yuxarıda nəzərdə tutulan halda bələdiyyələrin birləşdirilməsi qaydasına görə:  Birləşən hər bir bələdiyyə birləşmə ilə bağlı rəyini baxılmaq üçün Milli Məclisə təqdim edəcək;  Milli Məclis əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyədə yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla həmin bələdiyyənin digər bələdiyyə ilə birləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq surətdə qərar qəbul edəcək. Yaranan bələdiyyənin adı birləşən bələdiyyələr arasında əhalisinin sayı ən çox olan bələdiyyənin adına uyğun müəyyən ediləcək.

Ölkədə bələdiyyələrin hazırki fəaliyyəti ictimaiyyət tərəfindən heç də birmənalı qarşılanmır. Bu sahədə islahatların olmasına, hətta Böyük şəhər bələdiyyəsinin yaradılması ilə bağlı  təkliflər irəli sürülür. Bələdiyyələrin birləşməsi ilə bağlı layihənin qəbulu bu istiqamətdə hansı imkanlar yaradacaq?

İqtisadçı-ekspert Natiq Cəfərli “Cebhe.info”-ya bildirib ki,  qəbul olunacaq yeni layihə bələdiyyələrin səlahiyyətlərinə və məsuliyyətinə aid deyil:

“Sadəcə, ərazilərin birləşdirilməsi, daha böyük bələdiyyələrin yaradılmasına aiddir.  Bundan öncə də bənzər qanunlar qəbul olunub. Yeni yaradılanda Azərbaycan ərazisində 3 minə yaxın bələdiyyə var idi. İndi xeyli  azaldıldı. İki dəfə belə birləşdirmələr həyata keçirildi. Bu artıq üçüncüsüdür. Yəni təmərküzləşmənin məntiqi davamı kimi onların səlahiyyət və məsuliyyət bölgüsündə qanunvericilikdə yeni qaydaların tətbiqinə çalışılmalıdır.

Əgər bu olmayacaqsa, sadəcə, formal administrativ dəyişdirilmə olacaq. Yəni bələdiyyələrin sərhədlərinin genişləndirilməsi olacaq. Pozitiv istiqamətdir, yəni böyük bələdiyyələrin yaradılması daha məntiqlidir. Əsas məsələ onların səlahiyyət və məsuliyyət  məsələsidir ki,  bu da yeni  qanunvericilik qaydaları ilə təsbit olunur. Bu layihədə səlahiyyət və məsuliyyətlə bağlı heç nə yoxdur”. 

Bu addımı yaxın gələcəkdə Böyük Şəhər Bələdiyyəsinin yaradılmasına doğru bir addım hesab etmək olarmı? 

Ekspertin sözlərinə görə, məntiqlə  ancaq bundan öncədə iki dəfə belə addım olub:

“Yəni bu addımlar ona gətirib çıxarmıyıbsa, bu addımın atılması o demək deyil ki, Böyük Şəhər Bələdiyyələri yaradılacaq. Böyük Şəhər Bələdiyyələrinin yaradılması üçün ciddi islahatlar, yeni qanunvercilik bazası lazımdır”.

Həmçinin oxuyun

Daha bir klinikada rentgen-müayinə fəaliyyəti dayandırıldı

Gəncə şəhərində yerləşən “İntermedservis” Məhdud Məsuliyyətli Cəmiyyətində ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların istismarı ilə …