Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Bölgələrə yeni avtobuslar verilir

Bölgələrə yeni avtobuslar verilir

Bölgələrdə müntəzəm marşrut xətləri üzrə avtobusların yenilənməsi prosesinə start verilib.
Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə istinadən məlumat verir.
Dövlət Xidmətinin avtomobil parkının yenilənməsinə dair daşıyıcılara ünvanladığı müraciət əsasında müntəzəm marşrut xətləri üzrə avtomobil parkının yenilənməsi prosesinə start verilib.
Belə ki, Quba şəhərdaxili 1 saylı marşrut xəttində mövcud 15 ədəd “Hyundai County” markalı avtobuslar yeni “İsuzu” markalı avtobuslarla əvəz edilir.
Qeyd edək ki, oktyabrın 25-dən həmin marşrut xətti üzrə 5 yeni avtobus sərnişinlərin xidmətində olacaq.

Həmçinin oxuyun

Neftin qiymətində olan artım maaş və pensiyalara təsir edəcək? – VİDEO  

Hazırda dünya bazarında brend markalı neftin qiymətində artımlar müşahidə olunur. Bəs bu artımlar pensiya və maaşların …