Ana səhifə / Sosial / Bölgələr üzrə koronavirusa yoluxma – STATİSTİKA

Bölgələr üzrə koronavirusa yoluxma – STATİSTİKA

Azərbaycanda bölgələr üzrə koronavirusa yoluxmada son vəziyyət açıqlanıb.

Koronavirusinfo.az saytı xəbər verir ki, son məlumatlardakı rəqəmlər Bakıda yoluxmanın azaldığını göstərir.

Belə ki, ötən həfə 56,1 faiz yoluxma qeydə alınan Bakıda bu həftə göstəricilər 55,9 faiz təşkil edib.

Sonrakı yerlərdə 15,4 faizlə Abşeron, 10,5 faizlə Aran, 6,4 faizlə Gəncə-Qazax, 4,3 fazilə Lənkəran, 2,1 faizlə Quba-Xaçmaz, 1,8 faizi Şəki-Zaqatala, 1,6 faizlə Dağlıq Şirvan, 1 faizlə Yuxarı Qarabağ qərarlaşıb.

Rəsmi məlumata görə, ən az yoluxma 0,4 faizlə Naxçıvan Muxtar Respublikasındadır.

Həmçinin qeyd edilib ki, Azərbaycandakı koronaviruslu xəstələrin 1 faizi ölkə xaricində yoluxanlardır.

Həmçinin oxuyun

“Zəlzələnin qarşısını almaq mümkün deyil” – Qurban Yetirmişli

Bu gün qardaş Türkiyənin İzmir şəhərində baş verən zəlzələ və ondan sonra həmin ərazidə gedən …